Aksayçin
From Wikipedia, the free encyclopedia
Aksayçin (çin. 阿克賽欽, uyğ. ак сай, hind. अकसाई चिन, urdu اکسائی چن) — Hindistan, Pakistan və Çin arasında yerləşən sərhəd regionu. Region 42 685 km² əraziyə sahibdir (Cammu və Kəşmir ştatının 20 % ərazisi)[1]. De-fakto ərazini Çin idarə edir. Ancaq Hindistan əraziyə iddia edir. Bu ərazi Çin və Hindistan arasında iki əsas ərazi problemindən biridir. İkinci ərazi məsələsi isə Aruanaçal-Pradeş ştatının ərazisidir.
Aksayçin öz növbəsində bir yüksək dağlıq ərazidir. Burada hündürlük 5 min metri keçir. Ərazi səhralıqdan ibarətdir. Coğrafi baxımından Tibet platosunun bir hissəsini təşkil edir. Ərazidə yerli əhali ilə yanaşı heç daimi yaşayışı olan məntəqə belə yoxdur. Yağıntının miqdarı olduqca azdır. Buna səbən əraziyə hava kütlələərinin daxil ola bilməməsidir.