Akrotiri və Dekeliya
Kipr adasında yerləşən Britaniyanın dəniz ərazisi / From Wikipedia, the free encyclopedia
Akrotiri və Dekeliya[n 1], rəsmi adı ilə Akrotiri və Dekeliya Suveren Baza Əraziləri[2][n 2] — Kipr adasında yerləşən Böyük Britaniyanın dəniz ərazisi. İngilis hərbi bazaları və qurğuları, habelə digər torpaqlar daxil olan ərazilər Birləşmiş Krallıq, Yunanıstan, Türkiyə və Kipr rum və türk icmalarının nümayəndələri tərəfindən imzalanmış 1960-cı il müstəqillik müqaviləsinə əsasən ingilislər tərəfindən saxlanılıb. Ərazi elektron kəşfiyyat üçün stansiya kimi mühüm rol oynayır və Aralıq dənizi və Yaxın Şərqdə Birləşmiş Krallığın müşahidə toplama şəbəkəsinin mühüm strateji hissəsini təmin edir.[3][4]
Cəld faktlar Tarixi, • Suveren dövlət ...
Akrotiri və Dekeliya | |||||
---|---|---|---|---|---|
Akrotiri və Dekeliya Suveren Baza Əraziləri | |||||
| |||||
Tarixi | |||||
• Suveren dövlət | Birləşmiş Krallıq | ||||
• Quruluş müqaviləsi | 16 avqust 1960 | ||||
Rəsmi dili | ingilis dili | ||||
Paytaxt | Episkopi | ||||
İdarəetmə forması | De fakto stratokratik asılılıq altında konstitusiyalı monarxiya | ||||
Monarx | III Çarlz | ||||
Adminstrator | Piter Skvires | ||||
Sahəsi | |||||
• Ümumi | 254 km² | ||||
Əhalisi | |||||
• Əhali | 18.195[1] nəfər | ||||
Valyuta | avro | ||||
Telefon kodu | 357 | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla