ABŞ Nümayəndələr Palatası
From Wikipedia, the free encyclopedia
ABŞ Nümayəndələr Palatası (ing. The United States House of Representatives) — ABŞ Konqresinin aşağı palatası, yuxarı palatası isə Senatdır. Orada ABŞ ştatları əhali sayına görə mütənasib olaraq nümayəndə ilə təmsil olunublar. Konqresin sayını dəyişdirmək hüququnu saxlamasına baxmayaraq, nümayəndələrin ümumi sayı hazırda 435 üzvü vardır və bu 1929-cu il Reapportionment Aktına uyğun olaraq müəyyən edilir. Hər bir nümayəndə iki il müddətinə seçilir. Nümayəndələr Palatasının rəhbəri "Spiker" kimi tanınır və onun üzvləri tərəfindən seçilir.
ABŞ Nümayəndələr Palatası | |
---|---|
United States House of Representatives | |
Amerika Birləşmiş Ştatlarının 116-cı konqresi | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 1 aprel 1789 |
İdarə heyəti | |
ABŞ Nümayəndələr Palatasının spikeri |
Nensi Pelosi, ABŞ Demokrat Partiyası 3 yanvar 2019 tarixindən |
Birinci rəhbər |
Steny Hoyer, ABŞ Demokrat Partiyası 3 yanvar 2019 tarixindən |
Azlıqların lideri |
Kevin McCarthy, ABŞ Respublikaçılar Partiyası 3 yanvar 2019 tarixindən |
Parlament qrupunun rəhbəri |
James Enos Clyburn, ABŞ Demokrat Partiyası 3 yanvar 2019 tarixindən |
Parlament qrupunun rəhbəri |
Steve Scalise, ABŞ Respublikaçılar Partiyası 3 yanvar 2019 tarixindən |
Don Young, ABŞ Respublikaçılar Partiyası 5 dekabr 2017 tarixindən |
|
Quruluşu | |
Siyasi partiyalar |
Majority (233)
Minority (198) Other (1) Vacant (3)
|
Sayt | |
house.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Qanun layihələri hər iki məclisdə ayrıca müzakirə olunur və səsə qoyulur. Hər iki məclisdə qəbul edilən qanun layihələri arasında fərqlər varsa, qarışıq bir komissiya tərəfindən razılaşdırılır və təklif olunan qanun təklifi ABŞ Prezidentinin təsdiqlənməsi üçün təqdim olunur. Prezident veto səlahiyyətinə malikdir. Prezident bu səlahiyyətdən istifadə etmədən qanun layihəsini imzalayırsa, qanun şəffaf şəkildə həyata keçirilir.
Palata adətən "aşağı palata" hesab olunur, baxmayaraq ki, qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyası belə terminologiyadan istifadə etmir. Konstitusiyada deyilir ki, qanunun qəbul olunması üçün hər iki palatanın təsdiqi tələb olunandır.