ABŞ-də bizonların məhvi
From Wikipedia, the free encyclopedia
ABŞ-də bizonların məhvi — 1830-cu illərdən bəri kommersiya məqsədləri üçün, Şimali Amerikada bu heyvan növünün yox olmaq təhlükəsinə gətirib çıxaran nəzarətsiz kütləvi bizon ovudur. Hindular ənənəvi olaraq bizonları yalnız yaşayış ehtiyaclarını ödəmək üçün ovlayırdılar: qida üçün, eləcə də geyim hazırlanması, mənzil, alət və qab istehsalı üçün və bir çox qəbilələrin sağ qalması bizonlardan asılı idi. XIX əsrdə bəzi hindu tayfaları da ticarət məqsədi ilə bizon ovu ilə məşğul olurdular və dərilərini Amerika tacirlərinə satırdılar. Bununla belə, məhz ağ dərili amerikan ovçuların və ABŞ dəmir yolu şirkətlərinin hərəkətləri bizon populyasiyası üçün kritik nəticələr törədirdi.
Bu məqalənin neytrallığı şübhə doğurur. |
1800-cü illərin əvvəllərində dərisi üçün ildə təxminən 200.000 bizon öldürülürdü. 1825-ci ildə Allegeni yaylasında (ing. Allegheny Plateau), Missisipinin şərqində yaşayan son bizonlar öldürüldü[1]. 1830-1860-cı illər arasında bir-birinin ardınca ABŞ-nin şərq sahilinə bizon dəriləri ilə dolu vaqonlar gəlirdi. Vətəndaş müharibəsi başa çatdıqdan və trans-Amerika dəmir yolunun çəkilişindən sonra qərb çəmənliklərinin aktiv inkişafının başlanğıcı ilə ovçuları düzənliklərə gətirmək və ovlarını Avropaya göndərmək üçün geri şərqə daşınmanın daha asanlaşması bizon populyasiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bizonların vəhşicəsinə öldürülməsi nəticəsində onların sayı XX əsrin əvvəllərində bir neçə on milyondan bir neçə yüzə qədər azalmışdı. Fransız bioloqu (Jean Dorst) qeyd etdi ki, əvvəlcə bizonların ümumi sayı təxminən 75 milyon idi, lakin artıq 1880-1885-ci illərdə Şimali ABŞ ovçularının hekayələri "son" bizonu ovlamaqdan danışırdı[2]. 1840-cı illərdə hər il təxminən 2,5 milyon bizon öldürüldü, 1872-1874-cü illər ərzində təxminən 3,5 milyon bizon öldürülmüşdü. “İdmançı” ovçulardan biri olan dr. Karver lovğalanırdı ki, təkcə bir yayda şəxsən 5000 bizon vurmuşdur. Öldürülən 3 bizondan yalnız 1-nin dərisi soyulur, qalanları isə heç bir şəkildə istifadə edilmirdir[1][2]. Tarixçi Endrü Eyzenberq bizonların 1800-cü ildə 30 milyondan, əsrin sonuna qədər mindən aşağı azalması haqqında yazmışdı[3].
1887-ci ildə çöllərə səyahət edən ingilis təbiətşünası Uilyam Qrib qeyd edirdi:
Hər yerdə bizon cığırları var idi, amma canlı bizon yox idi. Bu nəcib heyvanların yalnız kəllələri və sümükləri günəş altında ağarırdı[4]. |