Aşağı Tatra Milli Parkı
From Wikipedia, the free encyclopedia
"Aşağı Tatra" Milli Parkı (slovak. Národný park Nízke Tatry), qısaldılmış halda NAPANT — Mərkəzi Slovakiyada milli park. Park Aşağı Tatra silsiləsində, Vah və Qron çayları vadisi boyunca yerləşir. Parkın sahəsi — 728 km², bufer zonasının sahəsi isə — 1102 km²-dir. Bufer zona hesaba alınarsa park ölkənin ən böyüklərindən biri olur. Milli park inzibati baxımdan Banska Bistritsa, Jilina və Preşov diyarlarının ərazisinə daxildir. Milli parkda ən hündür zirvə — Dyumberdir (2043 m). Kraleva-Qolya zirvəsi yaxınlığından dörd çay öz başlanğıcını götürür — Vah, Qron, Qniles və Qornad.
Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Aşağı Tatra Milli Parkı | |
---|---|
slovak. Národný park Nízke Tatry | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 72 842 ha |
Yaradılma tarixi | 1978, 1997[1] |
Yerləşməsi | |
48°57′32″ şm. e. 19°39′57″ ş. u. | |
Ölkə | Slovakiya |
Yaxın şəhər | Banska Bistritsa |
napant.sopsr.sk | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla