Ağstafa rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Ağstafa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Ağstafa şəhəridir. 1593-cü ildə Osmanlı Axıstabad sancağı olmuşdur. Ağstafa rayonu 1939-cu ildə təşkil olunmuşdur, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (1. yanvar 2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri , Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Trans-Anadolu qaz boru kəməri rayonun ərazisindən keçir.
Bu məqalə Ağstafa rayonu haqqındadır. Şəhər üçün Ağstafa səhifəsinə baxın. |
Rayon | |
Ağstafa rayonu | |
---|---|
41°07′08″ şm. e. 45°27′14″ ş. u. |
|
Ölkə | |
Daxildir | Qazax-Tovuz |
İnzibati mərkəz | Ağstafa |
İcra başçısı | Seymur Orucov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1939 |
Sahəsi |
|
Hündürlük | 239 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-AGA |
Telefon kodu | 994 22 |
Poçt indeksi | AZ 0500 |
Avtomobil nömrəsi | 05 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |