586-cı qırıcı aviasiya alayı
From Wikipedia, the free encyclopedia
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər.[1][2][3]
Cəld faktlar Yaranma tarixi, Ölkə ...
586-cı qırıcı aviasiya alayı | |
---|---|
rus. 586-й истребительный авиационный полк | |
Yaranma tarixi | 1951–1945 |
Ölkə | SSRİ |
Tabedir | SSRİ Hərbi Hava Qüvvələri |
Təchizatı |
Yak-1 Yak-7 Yak-9 |
Döyüşlər | İkinci Dünya müharibəsində Şərq cəbhəsi |
Komandanlıq | |
Məşhur komandirləri |
Yevgeniya Proxorova (1941–1942) Tamara Kazarinova (1942) Aleksandr Qridnev (1942–1945) |
Bağla