2021 Süveyş kanalının tıxanması
From Wikipedia, the free encyclopedia
Süveyş kanalı 2021 il mart ayında 6 gün müddətində bağlanmışdır. Buna səbəb Ever Given gəmisinin təsadüfən saya oturması olmuşdur.[2] İlkin səbəb kimi güclü küləyin olması göstərilmişdir.[3] Burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlamışdır.[4] Misir hökuməti səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etmirdi.[5] Qəzanın aradan qaldılırması üçün, Süveyş kanalının rəhbərliyi tərəfindən Boskalis şirkəti cəlb olunmuşdur.[6]