2016 Orlando gecə klubu gülləbaranı
From Wikipedia, the free encyclopedia
Orlando gecə klubu gülləbaranı (ing. Orlando nightclub shooting, həmçinin Orlando gecə klubu qırğını[6][7][8] (ing. Orlando nightclub massacre)) - ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda 12 iyun 2016-cı il radələrində səhərə yaxın baş vermiş gülləbaran hadisəsidir. Hadisə nəticəsində qatil də daxil olmaqla 51 nəfər ölmüş, 53 nəfərdən çox insan isə yaralanmışdır.[9][10]
2016 Orlando gecə klubu gülləbaranı | |
---|---|
Tarix | 12 iyun 2016 |
Yeri | 1912 S. Oreync avenyu, Orlando, Florida, ABŞ |
Koordinatlar | 28°31′10″ şm. e. 81°22′36″ q. u. |
Tanınır |
Gülləbaran Daxili terrorizm İslam ekstremizmi |
Səbəbi | Nifrət cinayəti |
Qurbanlar | |
Ölənlərin sayı | 50 nəfər (qatil daxil)[1][2][3][4] |
Zədəlilər | 53 nəfər |
Şübhəli olanlar | Ömər Mətin[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran[3][11][12][13][14], ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət[15], və 2001-ci ildə baş vermiş 11 sentyabr terror aktlarından sonra ABŞ-də ən çox insanın öldürüldüyü terror hadisəsidir.[16][17][18] Hadisə rəsmən daxili terrorizm aktı və qatilin İraq Şam İslam Dövləti ilə əlaqəsi olmasını qeyd etdiyinə görə İslam terrorizmi kimi qiymətləndirilmişdir.[19]