2-ci Ordu Korpusu (Azərbaycan)
From Wikipedia, the free encyclopedia
2-ci Ordu Korpusu — Beyləqan korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Qarabağla təmas xəttində, xüsusən də Xocavənd rayonu və qismən Azərbaycan-İran sərhədində yerləşirdi. Hal-hazırda korpusa general-leytenant Mais Bərxudarov rəhbərlik edir.[1] Diqqət çəkən hərbçiləri arasında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da var.
Cəld faktlar Növü, Yaranma tarixi ...
2-ci Ordu Korpusu | |
---|---|
Növü | Motoatıcı |
Yaranma tarixi | 3 mart 1992 |
Ölkə | Azərbaycan |
Tabedir | Azərbaycan Silahlı Qüvvələri |
Daxildir | Azərbaycan Quru Qoşunları |
Qərargah | Beyləqan |
Ləqəbi | Beyləqan korpusu |
Müharibələr |
Qarabağ müharibəsi Aprel döyüşləri İkinci Qarabağ müharibəsi |
Döyüşlər |
2020:Arazboyu əməliyyatlar Laçın döyüşləri |
Komandanlıq | |
Komandir | Mais Bərxudarov |
Məşhur komandirləri | Ayaz Həsənov |
Bağla