1981-ci il irland aclıq aksiyası
From Wikipedia, the free encyclopedia
1981-ci il irland aclıq aksiyası (ing. 1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir. Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı. Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing. Special Category Status) anlayışını ləğv etmişdi. Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi. Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu. Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər. 1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı. Bu aksiya 53 gün davam etmişdir.[1]
İkinci aclıq aksiyası 1981-ci ildə başladı. Bu aksiya Böyük Britaniyanın baş naziri Marqaret Tetçer ilə məhbuslar arasında güc nümayişinə çevrilmişdi. Aksiyanın iştirakçılarından biri olan Bobbi Sends aksiyanı davam etdirdiyi müddətdə parlamentin üzvlüyünə seçildi və bu hadisə dünyanın dörd bir tərəfindən mətbuatın diqqətini onun üzərinə çəkdi.[2] Aksiya cənazəsinə 100.000 nəfərin qatıldığı Sendsin də daxil olduğu 10 məhbusun özlərinin ölüm aclığı aksiyasına başlamasını elan etmələrinə qədər davam etdi.[1] Aclıq aksiyası irland millətçilərinin siyasətinin radikallaşmasına və Şinn Feyn partiyasının əsas partiyaya çevrilməsinə səbəb oldu.[3]