11 sentyabr terror aktları icraçılarının siyahısı
From Wikipedia, the free encyclopedia
"Hava quldurları" (ing. hijackers) kimi tanınan "Əl-Qaidə" ilə əlaqəli 11 sentyabr terror aktları icraçıları 19 nəfərdən ibarət idilər. Onlardan 15-i Səudiyyə Ərəbistanı, ikisi BƏƏ və daha biri Misir vətəndaşı idilər.[1][2] Hava quldurları dörd qrupa bölünmüşdülər, hər birinə təlim görmüş pilot başçılıq edirdi, hansı ki 3 və ya 4 "əzələli hava qulduru"nun (ing. muscle hijackers) dəstəyi ilə uçuşa nəzarət etməli idi. "Əzələli hava quldurları"nın funksiyaları içərisinə təyyarə pilotları, ekipaj və sərnişinləri fiziki saxlama və onlar üzərində nəzarəti təmin etmək daxil idi. Terrorist qruplarının hamısı müəyyən reysə təyin olunmuş və idarə etdikləri təyyarənin dəyəcəyi konkret nişanı almışdılar.[3]
Teraktları həyata keçirmək üçün ABŞ-yə gələn ilk hava quldurları Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi oldular, onlar 2000-ci ilin yanvar ayında San Dieqoda məskunlaşmışdılar. Elə həmin ilin ortalarında Cənubi Floridada yay təlimindən keçmiş Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah adlı üç quldur pilotu onların arxasıyca getdilər.[4] Dördüncü quldur pilotu Həni Hanjur San Dieqoya 2000-ci ilin dekabr ayında gəldi. Qalan "əzələli hava quldurları" 2001-ci ilin əvvəllərində və ya ortalarında ABŞ-yə çatmış idilər.[3]
Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi "Əl-Qaidə" lideri Üsamə bin Ladenin gözündə təcrübəli və hörmətli cihadçılar idilər. Hücumlarda iştirak etməli olacaq pilotlardan üçü Hamburq hücrəsi adlı radikal islamçılar qrupunun ən birinci üzvlərindən idilər (Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah).[5] Əfqanıstanda yerləşən "Əl-Qaidə" təlim düşərgələrində iştirak etdikdən sonra onlar əməliyyatın müvəffəqiyyətlə keçməsi şansını artıran Qərb mədəniyyəti sahələsində geniş məlumatlar və dil biliklərinə sahib olduqlarına görə bin Laden və "Əl-Qaidə"nin hərbi qanadı tərəfindən seçildilər. Ehtimal olunan dördüncü pilot və Hamburq hücrəsinin üzvü Rəmzi bin əl-Şibh də terror hücumlarında iştirak etmək üçün seçilmiş, lakin ABŞ-yə daxil olmaq üçün viza ala bilməmişdir. Sonradan onu Səudiyyə Ərəbistanı vətəndaşı Həni Hanjur əvəz elədi.[3][6]
Həmçinin, Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi də potensial quldur pilotları idilər, lakin San Dieqodakı ilk idarə etmə dərslərində müvəffəq olmadılar. Nəticədə onlar "əzələli hava quldurları" düşərgəsinə köçürüldülər. Onlardan başqa 2000-ci ilin sonu və ya 2001-ci ilin əvvəlində bu rol üçün daha 13 nəfər seçilmişdir. BƏƏ vətəndaşı olan Fəyaz Bənihəmməd istisna olmaqla, onların hər biri Səudiyyə Ərəbistanından idi.[3]
Teraktların baş verdiyi gündə FTB PENTTBOM (Pentagon / Twin Towers Bombing Investigation ingilis akronimi — "Pentaqon və Əkiz Qüllələr hücumunun təhqiqatı") əməliyyatını başlatdı, hansının ki keçirilməsinə 7.000 (fəaliyyətdə olan 11.000-dən) cəsus və yardımçı heyətinin bir neçə min siması cəlb olunmuşdur.[7] Sonradan FTB ona "tarixindəki ən mürəkkəb və geniş əməliyyat" tərifini vermişdir.[8] 14 sentyabr 2001-ci il tarixində 19 şübhəli müəyyən edildi[9], bu iş təyyarələr bortunda yer almış sərnişin siyahıları, qaçırma zamanı telefon danışıqları, bilet ödəmə əməliyyatları və digər sənəd növləri barədə məlumatlar əsasında görülmüşdür.[8] Şəxsi məlumatların dəqiqləşdirilməsi ilə adlar 27 sentyabr 2001-ci ildə təsdiqləndi.[10]
Digər 3 qrupdan fərqli olaraq qrupların biri 4 nəfərdən ibarət olması iddia olunan "iyirminci hava qulduru" nəzəriyyəsini ortaya çıxardı, hansı ki hər-hansısa səbəbə üzündən terror aktının həyata keçirilməsində iştirak edə bilməmişdir. Hücumlarda iştirak etməyən, lakin hücumların hazırlanmasında dərindən iştirak edən bir şəxsin mövcudluğu geniş müzakirə olunur. Çox sayda ad çəkilir. onlar arasında ABŞ-yə viza ala bilməyənlər şəxslər yer alır, hansılar ya əməliyyatların hazırlanmasında kifayət qədər etibarlı olmamışdılar, ya da iştirak etmək istədiklərini ifadə edən "Əl-Qaidə" üzvləri idilər.[11]