100 (teleserial)
From Wikipedia, the free encyclopedia
100 (ing. The 100; Yüz[1] kimi tələffüz olunur) — 2014-cü ildə premyerası baş tutmuş Amerikan apokaliptik elmi fantastika teleserialıdır. Serial 19 mart 2014-cü ildə The CW kanalında yayımlanmağa başladı. Ceyson Rotemberq tərəfindən inkişaf etdirilmiş serialın Kass Morqanın eyni adlı romanlar seriası əsasındadır.
100 | |
---|---|
ing. The 100 | |
| |
Janr |
döyüş macəra antiutopik dram post-apokaliptik dram elmi fantastika |
İlk baxış tarixləri | 19 mart 2014 |
Prodüser |
Cae Marçant Tim Skanlan Aaron Qinsburq Ueyd Makintr T.c. Bredi Raşid Nyuson |
Yaradıcısı | "100" trilogiyası (Kass Morqan) |
Rollarda |
Eliza Teylor Peyc Turko Tomas Makdonell Eli Qorii Bob Morli Mariya Avqeropulos Kelli Hu Kristofer Larkin Devon Bostik İsayya Vaşinqton Henri İan Kyusik Lindsi Morqan Riki Uitl |
Bəstəkar |
Evan Frankfort Liz Fer Mark Dauer Tri Adams |
İstehsalçı ölkə | ABŞ |
Studiya |
Alloy Entertainment CBS Television Studios Warner Bros. Television |
Dil | ingilis dili |
Növü | teleserial |
Rəng | rəngli |
Mövsüm sayı | 7 |
Seriya sayı | 100 |
Davametmə müddəti | 42 dəqiqə |
Telekanal | The CW |
IMDb | ID2661044 |
Format | HDTV 1080i |
cwtv.com/shows/the-100/ |
Serialda hadisələr Yerdə baş vermiş apokalipsdən xilas ola bilmiş bir qrup gənclərin ətrafında cərəyan edir: Klerk Qriffin (Eliza Teylor), Bellami Bleyk (Bob Morli), Oktavia Bleyk (Meri Avqeropoulos), Casper Cordan (Deyvon Bostik), Monti Qrin (Kristofer Larkin), Reyven Rayes (Lindsi Morqan), Finn Kollins (Tomas Makdonell), Con Mörfi (Riçard Harmon) və Uells Cana (Eli Qori). Onlar nüvə radiasiyasına görə kosmosa sığınan "Ark"-dan Yerə burada həyatın olub-olmamasını araşdırmaq üçün göndəriliblər. Hadisələr həmçinin Klerkin anası həkim Ebi Qriffin (Peyc Turko), Arkın məclis nümayəndəsi Markus Keyn (Henri Yan Kusik) və Arkın rəhbəri eyni zamanda Uelsin atası Telenious Caha ()Aisiah Vaşınqton) ətrafında da cərəyan edir.
2016-cı ilin mart ayında serial 13 seriadan ibarət dördüncü mövsüm üçün yeniləndi. 2017-ci ildə martda isə The CW serialı beşinci mövsüm üçün yenilədi.