Əsl timsahlar (cins)
From Wikipedia, the free encyclopedia
Əsl timsahlar (lat. Crocodylus) — əsl timsahlar sinfinə daxil olan cins. Nümayəndələri ümumiyyətlə tapılmadığı Avropa və Antarktida xaricində dünyanın hər yerində yaşayırlar. Afrikada, Cənubi Asiyada, Şimali Avstraliyada və Okeaniyada böyük ərazidə yayılmışlar. Şimali, Orta və Cənubi Amerikada növləri vardır. Cins çağdaş dövrdə 12 növü əhatə edir:
- Crocodylus porosus — Daraqlı timsah
- Crocodylus niloticus — Nil timsahı
- Crocodylus rhombifer — Kuba timsahı
- Crocodylus acutus — Amerika timsahı
- Crocodylus intermedius — Orinoko timsahı
- Crocodylus palustris — Bataqlıq timsahı
- Crocodylus siamensis — Siam timsahı
- Crocodylus mindorensis — Filippin timsahı
- Crocodylus moreletii — Mərkəzi Amerika timsahı
- Crocodylus novaeguineae — Yeni Qvineya timsahı
- Crocodylus halli
- Crocodylus johnstoni — Avstraliya şirinsu timsahı
- Crocodylus suchus — Səhra timsahı
- ? Crocodylus raninus
- † Crocodylus anthropophagus
- † Crocodylus falconensis
- † Crocodylus checchiai
- † Crocodylus palaeindicus
- † Crocodylus thorbjarnarsoni
Əsl timsahlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Əsl timsahlar (cins) |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Filippin timsahı əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü hesab olunurdu (Crocodylus novaeguineae mindorensis). İndi isə ayrı bir növ olaraq (Crocodylus mindorensis) bilinir[2]. Molekulyar tədqiqatlar zamanı əslində Nil timsahının iki növdən ibarət olduğu — Nil timsahı (Crocodylus niloticus) və Səhra timsahı (Crocodylus suchus) — aşkar edilir[3][4]. Borneoda yayılmış Daraqlı timsah populyasiyalarının ayrı bir Crocodylus raninus növü olması ehtimal edilir[5][6]. Lakin bu hazırda təsdiqlənməyib. Afrika ensizburun timsahı (əvvəlki adı lat. Crocodylus cataphractus) DNT-sinin son tədqiqatları bu növü ayrı bir Mecistops cinsinə təsnif etməyə əsas verir[7].
Crocodylus johnstoni növü, kəşf edənin adındakı imla səhvinə görə əvvəlcə Crocodylus johnsoni adlandırılmışdır. Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir.