Ərəb ədəbiyyatı
From Wikipedia, the free encyclopedia
Ərəb ədəbiyyatı (ərəb. الأدب العربي) — ana dili ərəb dili olan tayfa və xalqların ədəbi əsərlərini əhatə edir. Ərəb dili qədim zamanlardan bəri Ərəbistan yarımadasında istifadə olunan bir dildir. İslam dini ortaya çıxdıqdan sonra İspaniyadan İndoneziyaya qədər uzanan bir ərazidə 600 il ərzində yayılaraq mədəniyyət dili oldu. Türkiyədə ərəb ədəbiyyatı üzrə akademik araşdırmalar, adətən ədəbiyyat fakültələrinin ərəb dili və ədəbiyyatı bölmələrində aparılır.