Əlimərdan bəy Topçubaşov
Azərbaycanlı siyasi xadim / From Wikipedia, the free encyclopedia
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru.
Əlimərdan bəy Topçubaşov | |
---|---|
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov | |
29 dekabr 1919 – 27 aprel 1920 | |
Əvvəlki | Əlimərdan bəy Topçubaşov (özü) |
Sonrakı | Vəzifə ləğv olundu. |
7 dekabr 1918 – 29 dekabr 1919 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Əlimərdan bəy Topçubaşov (özü) |
20 avqust 1918 – 22 aprel 1919 | |
Sonrakı | Yusif Vəzir Çəmənzəminli |
6 oktyabr 1918 – 7 dekabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | Məmmədhəsən Hacınski |
Sonrakı | Fətəli xan Xoyski |
17 iyun 1918 – 6 oktyabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Fraksiyasız |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər qrupu |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
5 yanvar 1918 – 6 yanvar 1918 | |
Seçki dairəsi | Zaqafaziya |
Seçki siyahısı | Müsavat və Müsəlman Milli Komitələrinin 10-cu siyahısı |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
1917 – 1917 | |
18 noyabr 1901 – 1906 | |
14 oktyabr 1897 – Oktyabr 1901 | |
1915 – 24 mart 1916 | |
De-fakto sədr | İsa bəy Aşurbəyov |
Əvvəlki | Qasım Qasımzadə |
Sonrakı | Behbud xan Cavanşir |
Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komiyəsinin sədri | |
12 iyul 1907 – Dekabr 1917 | |
Əvvəlki | Məmmədhəsən Hacınski |
21 iyun 1906 – 9 iyul (22 iyul) 1906 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906 | |
Seçki dairəsi | Bakı quberniyası |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Muxtariyyətçilər Birliyinin parlament qrupu |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | İsmayıl Tağıyev |
İttifaqi-Müslimin Partiyasının sədri | |
16-21 avqust 1906 – 1907 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
1902 – 1905 | |
Kaspi qəzetinin baş redaktoru | |
24 iyun 1898 – 20 oktyabr 1907 | |
Əvvəlki | Nikolay Sokaliski |
Sonrakı | Əli bəy Hüseynzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 may 1862(1862-05-04) |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 1934(1934-11-08) (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi |
Atası | Ələkbər bəy Topçubaşov |
Həyat yoldaşı | |
Uşağı | |
Dini | sünni islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.[2]
1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.[3]
1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.[2]
1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur.[3] Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.[4]
1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur.
Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir.[2]