Ələkbər Məmmədov
Sovet və Azərbaycan futbolçusu / From Wikipedia, the free encyclopedia
Ələkbər Məmmədov (tam adı: Ələkbər Əmir oğlu Məmmədov; rus. Мамедов Алекпер Амирович; 9 may 1930[3], Bakı – 28 iyul 2014[4], Bakı) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,[5] Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor,[6] "Şöhrət"[7] və "Aleksandr Nevski" ordeni[8] laureatı.
Ələkbər Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Ələkbər Əmir oğlu Məmmədov | ||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Alik[2] | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 9 may 1930(1930-05-09)[3] | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 28 iyul 2014(2014-07-28)[4] (84 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 172 sm | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 69 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
İmzası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında hücumçu mövqeyində çıxış edib. O, SSRİ yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.[9]
Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq fəaliyyət göstərmiş, Azərbaycanda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.[6]
Ələkbər Məmmədov "На трех континентах" (azərb. Üç qitədə) (1963), "Тайны футбольной профессии" (azərb. Futbol peşəsinin sirləri) (1991) və "Что наша жизнь? Игра!. Воспоминания и размышления" (azərb. Bizim həyatımız nədir? Oyun!. Xatirələr və düşüncələr) (2010) adlı üç kitabın müəllifidir.