Əfrasiyab (qədim şəhər)
From Wikipedia, the free encyclopedia
Əfrasiyab — müasir Özbəkistanda bizim eradan əvvəl 500-cü il ilə 1220-ci illər aralığında məskunlaşılmış Səmərqəndin şimalında qədim bir məntəqədir. Bugün bir dağlıq çim tell üzərində Əmir Teymurun arvadı Bibixanım məscidi yaxınlarındadır. Müdafiə məqsədi üçün yüksək bir yerdə inşa olunmuşdur. Bir çay qolunun cənubunda yerləşib və şimal hissəsi olduqca münbit bölgədir və indiki Səmərqənd şəhərinin bir hissəsi olmuşdur.[1]
Əfrasiyab | |
---|---|
Afrosiyob Афросиёб | |
39°40′16″ şm. e. 66°59′15″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Hicri 617 Məhərrəm və ya 1220-ci il Mart ayında Səmərqənd Çingiz xanın ordusu tərəfindən dağıdılmışdır. Əfrasiyab bu olaydan sonra əsla dirçələ bilməmiş və şəhər yığın bir yerləşim yeri olmuşdur. XX əsrə qədər bir məzarlıq istisna Şaxi Zində ətrafı tullantı sahəsinə çevrilmişdir. Daha sonralar Əfrasiyab yenidən qurulmuş, mədrəsə və yay məscidi, qalıqların şimal bölgəsindəki Hacə Daniyəl məzarı, Hazrat-i Xəzr məscidi (XIX əsrin ikinci yarısında, 1919-cu ildə memar Əbdülqadir b. Baki Səmərqəndi tarafından yenidən inşa edilmişdir) kimi tarixi əsərlər təmir edilmişdir.