Əbdül-Bəha Abbas
From Wikipedia, the free encyclopedia
Əbdül-Bəha (23 may 1844[1], Tehran – 28 noyabr 1921[1], Hayfa) — Bəhai dininin peyğəmbəri Bəhaullahın böyük oğludur.[2] 1892-ci ildə Əbdül-Bəha atasının vəsiyyətinə əsasən onun varisi və Bəhai dinin ondan sonrakı rəhbəri təyin olunur.[3] O Tehranda əsilzadə ailəsində anadan olmuşdur, belə ki babası Mirzə Abbas Nuri Fətəli şah Qacarın vəziri olmuşdur.
Əbdül-Bəha Abbas | |
---|---|
ərəb. عبد البهاء | |
Bəhai dinində Əhdin mərkəzi və dinin səlahiyyətli şərhçisi | |
Şəxsi məlumatlar | |
Doğum adı | عَبّاس اَفَندی |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Hayfa, Fələstin |
Dəfn yeri | |
Fəaliyyəti | dini rəhbər[d] |
Atası | Bəhaullah |
Anası | Asiyə xanım[d] |
Dini | Bəhailik |
Vikianbarda əlaqəli mediafayllar |
8 yaşı olarkən atası Bəhaullah həbs olunur və ailənin bütün əmlakı müsadirə olunur. 4 ay sonra atasının İrandan sürgün olunması ilə Bağdada gəlirlər və 9 il burada yaşayırlar. O artıq kiçik yaşlarından atasına sədaqət göstərirdi və yeniyetməlik dövründə isə onun katibi olaraq xidmət edirdi. 1863-cü ildə atasının İstanbula, sonra Ədirnəyə və daha sonra da Əkkaya sürgün edilməsi ilə Əbdül-Bəha da ailə üzvü olaraq eyni taleyi yaşayır.
1908-ci ildə 40 illik həbs və sürgün həyatından sonra Gənc Türklər tərəfindən azad edilir. Bundan sonra Əbdül-Bəha Bəhai dinini yaymaq üçün Qərbə, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər edir. Bəhailər üçün Əbdül-Bəha Bəhai dininin 1892–1921-ci illər üçün rəhbəri, Bəhai müqəddəs yazılarının səlahiyyətli və qüsursuz şərhçisi, həmçinin kamil insan nümunəsi kimi qəbul edilir.