Əbdüləziz bin Əbdürrəhman əs-Səud
hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı / From Wikipedia, the free encyclopedia
Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud ərəb. عبد العزيز آل سعود həmçinin qısaca olaraq İbn Səud və yaxud II Əbdüləziz və Əbdüləziz bin Əbdürrəhman (15 yanvar 1875[1] — 9 noyabr 1953) — hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953). Ərəbistanın birləşdirilməsi üçün çoxsaylı müharibələr aparmışdır. 1902-1926-cı illərdə Nəcd dövlətinin əmiri, daha sonra - 1932-ci ilə qədər Hicaz, Nəcd dövlətinin və ilhaq edilən bölgələrin kralı.
Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud | |
---|---|
ərəb. عبد العزيز آل سعود | |
15 iyun 1902-ci il – 8 yanvar 1926-cı il | |
Əvvəlki | Əbdürrəhman ibn Feysəl əs Səud, dövlət Cebel-Şammar əmirliyi tərəfindən ələ keçirildi |
Sonrakı | vəzifə ləğv olunub |
8 yanvar 1926 – 22 sentyabr 1932 | |
Əvvəlki | Əli ibn Hüseyn əl-Haşimi |
Sonrakı | Vəzifə ləğv edildi |
22 sentyabr 1932 – 9 noyabr 1953 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Səud ibn Əbdüləziz əs-Saud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ər-Riyad |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Taif, Məkkə |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Milliyyəti | ərəb |
Vətəndaşlığı | Səudiyyə Ərəbistanı |
Fəaliyyəti | dövlət xadimi, monarx, siyasətçi, hərbi qulluqçu |
Atası | Əbdürrəhman ibn Feysəl əs Səud |
Anası | Sara bin Əhməd əs-Sudayri |
Həyat yoldaşı |
|
Uşaqları |
|
Ailəsi | Səudlar |
Dini | islam, sünni məzhəbi |
Hərbi xidmət | |
Xidmət illəri | (şəxsin hərbi xidmət illəri) |
Mənsubiyyəti | Səudiyyə Ərəbistanı silahlı qüvvələri |
Döyüşlər | Səudiyyə Ərəbistanının birləşdirilməsi uğrunda müharibə |
Rütbəsi | Səudiyyə Ərəbistanı silahlı qüvvələri komandanı |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əbdüləziz Nəcd əmiri Əbdürrəhman bin Faysalın oğlu idi. Ailə 1890-cı ildə Riyad şəhərindəki iqamətgahlarından qovulmuşdu. Əbdüləziz, 1902-ci ildə yenidən Riyadı fəth etmiş, 30 illik mübarizə apararaq mərkəzi və şimali Ərəbistanın hökmdarı olmuşdur. 1922-ci ildə Nəcd üzərində nəzarətini möhkəmləndirdi, sonra 1925-ci ildə Hicazı fəth etdi. 1932-ci ildə daha sonra Səudiyyə Ərəbistanı Krallığına çevriləcək ərazini genişləndirdi. Kral olaraq, 1938-ci ildə Səudiyyə Ərəbistanında neftin kəşf edilməsinə və II Dünya müharibəsindən sonra genişmiqyaslı neft çıxarılmasının başlanmasına nəzarət etmişdi. 45 oğlu,[2] və Səudiyyə Ərəbistanının bütün sonrakı kralları da daxil olmaqla bir çox uşağın atası idi.