Şotlandiya dövlət rəmzləri
From Wikipedia, the free encyclopedia
Şotlandiyanın dövlət rəmzlərinə bayraqlar, ikonalar həmçinin Şotlandiya və onun mədəniyyətinin ruhunu təcəssüm etdirən mədəni hadisələr aid edilir. Adətən bu milli rəmzlər Şotlandiya folklorı və adət-ənənələrindən qaynaqlanan, bəzilərinin rəsmi dövlət statusu olan mədəni ikonalardır. Bir çox rəmzlərin milli və beynəlxalq aləmdə rəsmi status almamasına baxmayaraq, bəziləri məsələn Şotlandiyanın rəsmi gerbi heraldikada əksini taparaq Şotlandiyanın rəsmi və tanınan rəmzi kimi qəbul edilmişdir.