Şon Konneri
From Wikipedia, the free encyclopedia
Ser Tomas Şon Konneri (ing. Sir Thomas Sean Connery; 25 avqust 1930[2][3][…] – 31 oktyabr 2020[4][5][…]) — şotland əsilli Böyük Britaniya kinoaktyoru və prodüseri. Oskar (1988), BAFTA (1988, 1990) və Qızıl Qlobus (1972, 1988) mükafatlarının laureatıdır. 70-dən artıq kinofilmdə rol almış, həmçinin 1962–1983-cü illərdə Yan Fleminqin əsərlərinin ekranizasiyası olan Ceyms Bond haqqında 7 filmdə çəkilmişdir.
Cəld faktlar Ser Şon Konneri, Doğum adı ...
Ser Şon Konneri | |
---|---|
Sir Sean Connery | |
| |
Doğum adı | Tomas Şon Konneri (Thomas Sean Connery) |
Doğum tarixi | |
Doğum yeri | Edinburq, Şotlandiya, Böyük Britaniya |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Baham adaları |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d], Qulaqcıqların fibrilyasiyası |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Həyat yoldaşı |
Diana Silento (1962-1973) Mişelin Rokvebrun (1975-dən) |
Uşağı | Ceyson Konneri |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1954-2012 |
Boyu | 1,89 m[1] |
Mükafatları |
Oskar (1988) BAFTA (1988) |
IMDb | ID0000125 |
SeanConnery.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
1988-ci ildə "Toxunulmazlar" (ing. The Untouchables) filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında Oskar mükafatına layiq görülmüşdür.
1991-ci ildə ona Fransanın Fəxri Legion Ordeninin komandor dərəcəsi, 2000-ci ilin iyulunda isə kraliça II Elizabet tərəfindən cəngavər dərəcəsi və "ser" titulu verilmişdir.