Şimal-Qərbi İndiana müharibəsi (bəzən Kiçik Tısbağa müharibəsi də adlandırılır , 1785-1795) — ABŞ və Qərbi Hindu Konfederasiyası arasında Ohayo çayından şimal-qərbdə yerləşən ərazilər uğrunda baş vermiş müharibə. Hələ ABŞ İstiqlal müharibəsindən sonra Paris sülh müqaviləsinin şərtlərinə görə bu ərazilər ABŞ-yə verilir. Ancaq Ohayo çayı sahilində yerləşən bir çox limanlar hələ də britaniyalıların əlində qalırdı. ABŞ ordusu bölgəyə göndərilsə də, hindu qəbilələri ilə toqquşmalı olur. Bir çox ardıcıl ağır məğlubiyyətlərdən sonra 1783-ci ildə Entoni Ueynə yeni ordu yaradılması həvalə edilir. Yeni Birləşmiş Ştatlar legionu 1794-ci ildə Follen Timbers döyüşündə hindulara qalib gəlir. Bu məğlubiyyətdən sonra Qrinvill anlaşması imzalanır. Bununla da ABŞ ərazidə yeni koloniyalar salmaq hüququ qazanır.
Cəld faktlar Tarix, Yeri ...
Bağla