Şahverdi xan Ziyadxanov
From Wikipedia, the free encyclopedia
Şahverdi xan Ziyadxanov və ya Şahverdi xan Ziyadxan (3 (15) oktyabr 1869, Yelizavetpol – 8 may 1919, 6 iyun 1919 və ya 9 iyun 1919, Gəncə) — Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı.
Şahverdi xan Ziyadxan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Gəncə quberniyası |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti |
Vəfat səbəbi | Tif xəstəliyi |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC |
Həyat yoldaşı | Ağca bəyim Abraxanova |
Atası | Əbülfət ağa Ziyadxanov |
Anası | Azərhümayun xanım Qovanlı-Qacar |
Hərbi fəaliyyəti | |
Qoşun növü | süvari |
Xidmət illəri | 1890-1919 |
Rütbəsi |
rotmistr Rusiya imperiyası podpolkovnik AXC |
Döyüşlər | |
Təltifləri |
Rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində iştirak edib. 1905-ci ildə Rus-yapon müharibəsi dövründə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif edilib. Birinci Dünya Müharibəsi dövründə Vəhşi diviziyanın tərkibindəki Tatar süvari alayında komandirin köməkçisi təyin olunub. 1915-ci ildə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub.
Azərbaycan Cümhuriyyəti ordusunda Podpolkovnik rütbəsində xidmət edib.