Şahmat
iki oyunçu arasında taxta lövhə üzərində oynanılan strateji oyun / From Wikipedia, the free encyclopedia
Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir.[1]
Şahmat | |
---|---|
Aktiv illər | eramızın 6-cı əsrindən indiyədək |
Növlər |
Mücərrəd strategiya oyunu stolüstü oyun |
Oyunçular | 2 |
Yaş dərəcəsi | məhdudiyyət yoxdur |
Quraşdırma vaxtı | təxminən 20 saat |
Oyun vaxtı |
saatla güllə: < 5 dəq. blits: 5-15 dəq. sürətli:15-60 dəq. klassik: >60 dəq. saatsız qeyri-məhdud zaman |
İxtiyari şans | yoxdur |
Tələb olunan bacarıq |
strategiya taktika |
Sinonimlər | Qərb şahmatı, Beynəlxalq şahmat |
Vikianbarda əlaqəli mediafayllar |
Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur.
The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move. Oyunun əsas məqsədi rəqibin şahını mat etməkdir. Oyun həmçinin bərabərə də bitə bilər.
İlk şahmat turniri XIX əsrdə təşkil olunmuşdu.[2] Bu gün şahmat turnirləri beynəlxalq səviyyədə FIDE (Beynəlxalq Şahmat Federasiyası) tərəfindən idarə olunur. Dünya tərəfindən ilk "Dünya Şahmat Çempionu" Vilhelm Steynits 1886-cı ildə bu titula iddia etmişdi. Maqnus Karlsen hazırkı Dünya çempionudur. Şahmat oyunun nəzəriyyəsi oyunun yarandığı gündən bu günə qədər çox inkişaf etmişdir. İncəsənət aspektlərinə şahmat kompozisiyasında rast gəlinir; və şahmat öz növbəsində Qərb mədəniyyətinə və incəsənətinə təsir etdi. Həmçinin riyaziyyat, informatika və psixologiya kimi digər sahələrlə əlaqələri var. İlk kompüter alimlərinin hədəflərindən biri şahmat oynayan maşın yaratmaq olmuşdu. 1997-ci ildə Deep Blue uzun müddət dünya çempionu olmuş Harri Kasparovu məğlub edərək bunu bacaran ilk kompüter olmuşdur. Günümüzdəki şahmat maşınları ən yaxşı insan oyunçularından belə əhəmiyyətli dərəcədə güclüdür və şahmat nəzəriyyəsinin inkişafına dərin təsiri var.