Şah I Abbasın Kartli və Katexiyaya yürüşləri
From Wikipedia, the free encyclopedia
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamilə dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi.
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1603-1618) | |||
| |||
Tarix | 1614-1617 | ||
Yeri | Şərqi Gürcüstan | ||
Səbəbi | Kartli və Kaxetiyanın vassal hökmdarlarının Şah I Abbasa tabe olmaması. | ||
Nəticəsi |
Səfəvilər III Luarsab və I Teymurazın üsyanlarını yatırdılar. Tiflis yenidən ələ keçirildi və yağmalandı. Kartli və Kaxetiyada Səfəvi hakimiyyəti bərpa edildi. Gürcülər kütləvi formada qırğına və deportasiyaya məruz qaldılar. |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||