Şükür Həmidov
Azərbaycanın Milli Qəhrəmanı / From Wikipedia, the free encyclopedia
Şükür Nəriman oğlu Həmidov (1 aprel 1975, Armudlu, Qubadlı rayonu – 22 oktyabr 2020[1], Qubadlı rayonu) — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2016), Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, İkinci Qarabağ müharibəsi şəhidi.
Şükür Həmidov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Şükür Nəriman oğlu Həmidov |
Doğum tarixi | |
Doğum yeri | Armudlu, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Mahmudlu, Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Könül Əliyeva |
Uşaqları | Əzizə, Nurlan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 2-ci Ordu Korpusu |
Xidmət illəri | 1993—2020 |
Rütbəsi |
Polkovnik |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | |
2021 2020 2020 2020 2020 |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu.
Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb[2], oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[3]