İzmirin mühasirəsi
From Wikipedia, the free encyclopedia
İzmirin Mühasirəsi Türk əsilli [1] Əmir Teymurun 1402-ci ilin dekabrında İzmir limanını və dəniz qalasını Rodosdan olan Malta ordeni cəngavərlərindən almasıdır. Türklər limanı mühasirəyə aldılar və mühasirə avadanlıqları ilə istehkamlara iri daş parçaları atdılar, sayı cəmi 200-ə yaxın olan cəngavərlər isə oxlar və yandırıcı raketlərlə cavab verdilər. Cəngavərlər iki həftə ərzində özlərindən daha güclü rəqibə müqavimət göstərdikdən sonra qalanın xarici divarları lağımlarla dağıdıldı və onları aşmaq mümkün oldu. Qarnizonun bir hissəsi dəniz yolu ilə qaçdı, lakin şəhər və onun sakinləri məhv edildilər.
Mühasirənin əsas yazılı mənbələri Teymurun xələflərinin xidmətində yazan ərəb tarixçisi İbn Ərəbşah və fars tarixçiləri Şərəfəddin Əli Yəzdi və Mirhənddir. XVII əsrin əvvəllərində Cakomo Bosio tərəfindən yazılmış Malta ordeni cəngavərlərinin rəsmi tarixi də mühüm mənbədir. Neşri və Künhü'l-Əhbarın yazıları, Gelibolulu Mustafa Əlinin yazıları Osmanlı perspektivindən, Dukas və Laonikos Halkokondilis Bizanslı perspektivindən; Agostino Giustiniani də Genuyalıların perspektivindən hadisəni nəql etmişdir.