İstifadəçi:Elonizm/Qaralama6
From Wikipedia, the free encyclopedia
Fateh Sultan Mehmed (osman. محمد ثانى) və ya II Mehmed ({{DVTY}} şablonu boşdur) — Osmanlı imperiyasının 7-ci sultanı. Əvvəlcə 1444-1446-cı illərdə qısa müddət, sonra isə 1451-1481-ci illərdə 30 il müddətində hakimiyyətdə olmuşdur. Mehmed 29 may 1453-cü ildə Konstantinopolu fəth edərək, "Fateh" ləqəbini almışdır. İslam peyğəmbəri Məhəmmədin "Müsəlmanlar bir gün Konstantinopolu fəth edəcəklər. Buna nail olan hökmdar və onun ordusu şöhrətə bürünəcək." hədisini yerinə yetirdiyi üçün hazırda Türkiyə və İslam dünyasının "qəhrəman"ı qəbul edilir. Osmanlı türkcəsindən əlavə yunan, latın, ivrit, ərəb və fars dillərini bildiyi deyilir.
Elonizm/Qaralama6 | |
---|---|
avqust 1444 – avqust 1446 | |
Əvvəlki | II Murad |
Sonrakı | II Murad |
İkinci hakimiyyət dövrü | |
3 fevral 1451 – 3 may 1481 | |
Əvvəlki | II Murad |
Sonrakı | II Bəyazid |
Mehmed 30 mart 1432-ci ildə Ədirnədə anadan olmuşdur. Atası sultan II Murad, anası ilə Hüma Xatundur. Kiçik yaşlarında təhsil almasına xüsusi önəm verildiyindən, dövrünün ən məşhur alimlərindən təhsil almışdır. 11 yaşında təcrübə qazanmaq üçün Manisa sancaqbəyliyinə göndərildi. Riyaziyyat, həndəsə, fəlsəfə, hədis, təfsir, fiqh, kəlam və tarix üzrə yüksək səviyyəli təhsil almışdır. 1444-cü ildə atası II Murad sultan taxtını 12 yaşındakı oğlu Mehmedə verərək, Manisaya getdi. Beləcə Avropa ölkələri bir daha Osmanlı torpaqlarına yönəldi. Buna görə də, II Murad 1446-cı ildə yenidən hakimiyyəti ələ aldı. Mehmed 1451-ci ildə atası öldükdən sonra 19 yaşında yenidən sultan oldu. Hakimiyyəti dövründə 1453-cü ildə dünyanın ən uzun ömürlü imperiyası olan Şərqi Roma (Bizans) imperiyasına, 1460-cı ildə Moreya despotluğuna, 1461-ci ildə isə Trabzon imperiyasına son qoydu. 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsəni Otluqbeli döyüşündə məğlub etdi. II Mehmed qəbul etdiyi qanunları "Fateh Qanunnaməsi" adlı kitabda cəmləşdirmişdir. 1481-ci ildə Anadoluya yeni yürüşə başlayan Fateh yürüşün başlanğıcında xəstələndi və 3 may 1481-ci ildə Qəbzə yaxınlığında Hünkarçayırındakı düşərgəsində 49 yaşında öldü. Ölüm səbəbi olaraq podaqra xəstəliyi düşünülsə də, qəsdən zəhərlənib öldürüldüyü iddiası da mövcuddur. Məzarı İstanbulun Fateh ilçəsində yerləşən Fateh məscidindədir.