İsraildəki ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir.[1] Mədəni irs abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və ya yazılar kimi), binalardan və ərazilərdən (o cümlədən arxeoloji sahələr) ibarətdir. Təbii irs, elmi-tədqiqat, konservasiya və ya təbii estetika baxımından mühüm əhəmiyyət kəsb edən fiziki və bioloji birləşmələr, geoloji və fizioqrafik birləşmələr (o cümlədən təhlükə altında olan flora və faunanın yaşayış yerləri) kimi müəyyən edilir.[2]
İsrail dövləti 6 oktyabr 1999-cu ildə konvensiyanı ratifikasiya edərək, mədəni və təbii obyektlərini siyahıya daxil etmək hüququ qazanıb. Ölkədəki doqquz ərazinin hamısı mədənidir. Ən erkən daxiletmələr 2001-ci ildə Masada qalası və qədim Əkka şəhəri idi. Siyahıya son daxil edilən ərazilər, 2014-cü ildə daxil edilmiş Beyt Quvrin-Mareşa Milli Parkındakı mağaralar şəbəkəsidir. Bundan əlavə, İsrail Nazirlər Kabineti 18 obyekti öz ilkin siyahısına daxil edib, onlar gələcəkdə bu əraziləri Ümumdünya İrsi obyektləri kimi təqdim etmək niyyətindədirlər. Onlardan 14-ü 2000-ci ildə siyahıya alınıb. Rəsmi siyahıdan fərqli olaraq, ilkin siyahıda bir neçə təbii və qarışıq irs obyektləri vardır.[3]
Fələstin dövləti ilə münaqişəsi səbəbindən İsrailin YUNESKO ilə münasibətləri bir o qədər qənatbəxş deyil. Bu,fələstinli jurnalist Ramzi Baroud tərəfindən "ekzistensial döyüş" kimi təsvir edilmişdir.[4] YUNESKO, Qüdsün Qədim şəhəri və onun divarları ərazisinə heç bir ölkəni təyin etməməsinə baxmayaraq, 2011-ci ildən Fələstinin Şərqi Qüdsdəki mülkiyyətini tanıyır.[5][6] Elə həmin il Fələstin konvensiyanı ratifikasiya etdi. 2019-cu ildə YUNESKO-dan ayrılan İsrail bu qərara etiraz etdi. Qədim Yerihada yerləşən Tell es-Sultan şəhərinin Fələstin ərazisi kimi daxil edilməsi İsrail Xarici İşlər Nazirliyi tərəfindən "Fələstinlilərin YUNESKO-dan kinli şəkildə istifadə etməsi və onu siyasiləşdirməsi" kimi tənqid edilib.[7] Mütəxəssislər, İsrail Nazirlər Kabinetinin YUNESKO-nu siyasiləşdirən kabinet olduğunu bildirir. İsrailin irs təşkilatı olan Əmək Şaveh isə Yerihanın, İsrailin iddia etdiyi hissəsinin siyahıya alınmadığını vurğulayıb.[8]