İslandiya
From Wikipedia, the free encyclopedia
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir.
Iceland | |||||
---|---|---|---|---|---|
Ísland | |||||
| |||||
Inspired by Iceland | |||||
Himn: Lofsöngur |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 17 iyun 1944 il | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Reykyavik | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Qvyudni Torlasius Youhannesson | ||||
Baş nazir | Bjarni Benediktsson | ||||
Sahəsi | Dünyada 107-ci | ||||
• Ümumi | 103000 km² | ||||
• Su sahəsi (%) | 3 | ||||
Əhalisi | |||||
• Əhali | 327 min nəfər (179-cu) | ||||
• Siyahıyaalma (2024) | 399 189 nəf. | ||||
• Sıxlıq | 3,6 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 13 810 million dollar (151-ci) | ||||
• Adambaşına | 42 600 dollar (35-ci) | ||||
Valyuta | İslandiya kronu | ||||
İnternet domeni | .is | ||||
ISO kodu | IS | ||||
BOK kodu | ISL | ||||
Telefon kodu | +354 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.
İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni İslandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəşiykəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.