İravadi dairəsi
From Wikipedia, the free encyclopedia
İravadi dairəsi (birm. ဧရာဝတီ[1]) — İravadi çayının deltasında yerləşən, Myanmada inzibati ərazi vahidi olan dairələrdən biri. Şimalda Pequ inzibati dairəsi ilə, şərqdə Yanqon dairəsi ilə həmsərhəddir. Qərbdə Benqal körfəzinə və cənubda Andaman dənizinə çıxışı vardır. Şimal-qərbdə Rakxayn milli dairəsi ilə həmsərhəddir. Dairə 15° 40' və 18° 30' s.ş. arasında, 94° 15' və 96° 15' ş.u arasında yerləşmişdir. Dairənin əhalisi 2012-ci il məlumatlarına əsasən 7 759 243 nəfərdir. Bu, əhalinin sayı üzrə Myanmada ikinci ən çox məskunlaşılmış dairədir. Əhali sıxlığı 220,82 nəfər/km²-ə bərabərdir.
Cəld faktlar Ölkə, Region ...
Dairə | |
İravadi | |
---|---|
ဧရာဝတီ | |
16°50′00″ şm. e. 95°10′00″ ş. u. | |
Ölkə | Myanma |
Region | Aşağı |
Tarixi və coğrafiyası | |
Sahəsi | 35138 km² |
Mərkəzin hündürlüyü | 4 m |
Əhalisi | |
Əhalisi | 7.759.243 nəfər (2012) |
Milli tərkibi | birmalılar, karenlər |
Digər | |
ayeyarwadyregion.gov.mm | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla