İraqdakı ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
İraqda UNESCO ümumdünya irsi obyektlərinin siyahısı YUNESKO-nun İraqdakı ümumdünya irsi siyahısına 6 obyekt daxildir ki, bu da ümumi rəqəmin təxminən 0,4%-ni təşkil edir (2021-ci ildə 1154). 5 obyekt mədəni meyarlar üzrə, 1-i isə qarışıq meyarlar üzrə siyahıya alınıb. Bundan əlavə, İraqdakı 11 obyekt dünya irsi siyahısına daxil olmaq üçün namizədlər sırasındadır[1]. İraq 1974-cü il martın 5-də ümumdünya mədəni və təbii irsin qorunması Konvensiyasını qəbul etmişdir. Hatra və Nimrud xarabalıqları 2015-ci ilin martında İŞİD tərəfindən dağıdılıb.