İran körfəzi və Omanda Əfşar fəthləri — İran körfəzi və ətrafındakı əraziləri ələ keçirərək Əfşar imperiyasının körfəzin hegemon dövləti olan bir imperiyaya çevrilməsi nəzərdə tutulur. Bu bölgələri ələ keçirmək üçün edilmiş yürüşlərin hamısı ilk başlanğıcda çox uğurlu idi və bir çox hədəflər ələ keçirilmişdi. Lakin Nadir şah Əfşarın dəryabəyi (admiral) təyin etdiyi Məhəmməd Tağı xan üsyan qaldırdı və bu üsyanın yatırılmasına yönəldilən gücün itirilməsi nəticəsində əvvəlki uğurların bir qismi itirildi. Lakin sonda Məhəmməd Tağı xan ələ keçirildi, üsyan isə yatırıldı və əvvəl itirilmiş məntəqələr geri qaytarıldı.[1]
Cəld faktlar Tarix, Yeri ...
İran körfəzi və Omanda Əfşar fəthləri |
---|
Nadirin yürüşləri |
Bəndər-e-Buşəhr — imperiyanın İran körfəzindəki ən əsas və tarixi liman şəhəri. |
Tarix |
1730-cu illərdən etibarən 1747-ci ilə qədər |
Yeri |
İran körfəzi və ətrafı |
Nəticəsi |
İran körfəzi imperiyanın süqutuna qədər Əfşarların hegomonluğunda oldu. |
Ərazi dəyişikliyi |
İran körfəzindəki adaların və sahillərin çoxu ya Əfşar hakimiyyəti altına düşdü, ya da ondan asılılığı qəbul etdi. |
|
|
|
Bağla
Əfşar imperiyasının bu torpaqlardakı hakimiyyəti Nadir şah Əfşarın öldürülməsinə qədər davam etdi.[2] 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra bütün Əfşar imperiyasını iç qarışıqlıqlar öz ağuşuna aldı və imperiya parçalandı. Bununla da, körfəzdəki bölgələr mərkəzi hakimiyyət tərəfindən itirildi və yerli hakimlər yenidən hakimiyyətlərini bərpa edə bildilər.[3]