İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri
From Wikipedia, the free encyclopedia
İran İnqilab keşikçiləri Ordusunun Aerokosmik Qüvvələri – İran İslam Respublikasını havadan edilə biləcək bütün hücumlardan müdafiə etmək vəzifəsini yerinə yetirən ehtiyat qüvvədir. Komandanı Briqadir Həsən Əbubasardır. Bu qoşun növü 1979-cu ildə yaradılıb. İran İnqilab keşikçiləri Ordusunun nəzarəti altında olan ikinci böyük qüvvədir. Nizami İran Hərbi Hava Qüvvələrindən ayrıdır. İnqilab keşikçiləri Ordusunun hava qoşunları daha çox Strateji raket qoşunu kimi tanınır. İran HDQ və İran HHQ kimi İİKK-nın aerokosmik qüvvələri də Silahlı Qüvvələrin ayrıca bir növüdür. Gələcəkdə İran İslam Respublikasının Hava qoşunları ilə bərabərləşdiriləcəyi ehtimal olunur.
Cəld faktlar Növü, Yaranma tarixi ...
İran İnqilab keşikçiləri Ordusunun Aerokosmik Qüvvələri | |
---|---|
نیروی هوافضای سپاه پاسداران انقلاب اسلامی | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 1979-cu ildən hal-hazırkı dövrə qədər |
Ölkə | İran |
Tabedir | İran Silahlı Qüvvələri |
Daxildir | İran İnqilab keşikçiləri Ordusu |
Tərkibi | 25.000 hərbçi, 320 hərbi təyyarə, 163 helikopter, 24 PUA, 20 aktiv aviabaza |
Vəzifəsi | İran İslam Respublikasını havadan edilə biləcək bütün hücumlardan müdafiə etmək |
Sayı | 25. 000 hərbçi |
Qərargah | Tehran |
Döyüşlər | İran-İraq müharibəsi, Suriya vətəndaş müharibəsi |
Komandanlıq | |
Komandir | Briqadir Həsən Əbubasar |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla