İnformasiya dövrü
From Wikipedia, the free encyclopedia
İnformasiya çağı, İnformasiya əsri, Rəqəmsal dövr, Rəqəmsal əsr — XX əsrin ortalarından başlayan tarixi dövr. Sənaye inqilabı zamanı qurulan ənənəvi sənayelərdən informasiya texnologiyalarına əsaslanan iqtisadiyyata sürətli keçid ilə xarakterizə olunur.[1] İnformasiya çağının başlanğıcı 1947-ci ildə tranzistorun,[1] 1957-ci ildə optik gücləndiricinin[2] və 1970-ci il yanvarın 1-də başlayan "Unix" vaxtının inkişafı[3] ilə əlaqələndirilir. Bu texnoloji irəliləyişlər məlumatın emalına və ötürülməsinə əhəmiyyətli təsir göstərmişdir.
Birləşmiş Millətlər Təşkilatının Dövlət İdarəetmə Şəbəkəsinə görə, İnformasiya çağı sosial təkamülün hərəkətverici qüvvəsi kimi modernləşdirilmiş informasiya sistemləri[4] və internet kommunikasiyalarına səbəb olan kompüter mikrominiatürləşdirmə nailiyyətlərindən istifadə etməklə formalaşmışdır.[5]