İndoneziya iqtisadiyyatı
From Wikipedia, the free encyclopedia
İndoneziya iqtisadiyyatı- Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı və dünyanın inkişaf edən bazar iqtisadiyyatlarından biridir. Ölkə həmçinin G20-nin əsas iqtisadiyyatlarından biridir və yeni sənaye ölkəsi kimi təsnif edilir.[1] Nominal ÜDM baxımından yeddinci ən böyük iqtisadiyyatdır. İndoneziya hələ də daxili bazarda, dövlət büdcəsi xərcləri, dövlət müəssisələrinin (mərkəzi hökumətin 141 müəssisəsi) mülkiyyətinə , düyü və elektrik daxil olmaqla bir sıra əsas mal qiymətlərinin idarə olunmasından asılıdır və bu indoneziya iqtisadiyyatında mühüm rol oynayır; Bazar iqtisadiyyatı 1990-cı ildən etibarən 80% xarici şirkətlər tərəfindən idarə olunur. Hökumət 1997-ci ilin ortalarında maliyyə və iqtisadi böhranın ortasında uyğun olmayan bank kreditləri satın alaraq xüsusi sektor aktivlərinin əhəmiyyətli bir hissəsini saxladı; Kapital və korporativ aktivlər borcların yenidən qurulması prosesi ilə məşğul olub və qadağada olan şirkətlər bir neçə ildən sonra özəlləşdirmə yolu ilə satılırdı. İqtisadiyyat 1999-cu ildən etibarən bərpa olunub və son illərdə artım 4-6% səviyyəsinə çatıb.[2][3][4] 2012-ci ildə İndoneziya Çindən sonra ən sürətli böyüyən G20 iqtisadiyyatı kimi Hindistanı keçdi.[5]