İlqar Mirzəyev
Azərbaycanın Milli Qəhrəmanı / From Wikipedia, the free encyclopedia
İlqar Anzor oğlu Mirzəyev (8 may 1973, Qardabani, Gürcüstan SSR, SSRİ – 14 iyul 2020, Tovuz rayonu, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı,[1] Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi (2019–2020).
Cəld faktlar Şəxsi məlumatlar, Ləqəbi ...
İlqar Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | "Artilleriyanın atası" |
Doğum tarixi | 8 may 1973(1973-05-08) |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020(2020-07-14) (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Güllü Mirzəyeva |
Uşaqları | Elvin, Gülnarə |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 3-cü Ordu Korpusu |
Xidmət illəri | 1991–2020 |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri |
Təltifləri | |
|
Bağla
2020-ci il iyulun 12–16-da baş verən döyüşlər zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.[2]