İlisu sultanlığı
Şimal - qərbi Azərbaycan - İlusu Sultanlığı / From Wikipedia, the free encyclopedia
İlisu sultanlığı — şimal-qərbi Azərbaycanda mövcud olan feodal təsisatlarından biri.[1] XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII–XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.[2]
Cəld faktlar Paytaxt, Rəsmi dilləri ...
Tarixi dövlət | |
İlisu sultanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Saxur, İlisu |
Rəsmi dilləri | saxur, azərbaycan dili, gürcü |
Dövlət dini | İslam (çoxluq), Gürcü Pravoslav Kilsəsi (azlıq) |
Əhalisi | saxurlar, azərbaycanlılar, ingiloylar |
İdarəetmə forması | Seçkili monarxiya |
Sultan | |
• 1562-1598 | Adıgörklü bəy (ilk) |
• 1830-1844 | Daniyal sultan (sonuncu) |
Tarixi | |
• 1604 | Səfəvi şahı I Abbas bu torpaqları Kaxeti çarlığından alaraq Dağıstan feodal klanlarına verdi. |
• 1844 | Rusiya imperiyasının işğalı |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İlisu sultanlığına şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənub-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. İlisu sultanlığı əsasən iki hissədən ibarət idi. Birinci hissə Saxur vilayəti, yaxud "Dağ mahalı" adlanırdı. Bu hissənin tərkibinə əsasən Dağıstan torpaqları, Saxur (kənd)i və Samur vadisinə qədər uzanan ərazilər daxil idi. İkinci hissə ayrıca İlisu sultanlığından ibarət olub Saxur (kənd) vilayətindən cənubdakı torpaqları əhatə edirdi.