İkinci Osmanlı-Misir müharibəsi və yaxud İkinci Suriya müharibəsi — 1839-1840-cı illərdə Suriya ərazisində Osmanlı imperiyası ilə onun vassalı Misir əyaləti arasında baş vermiş müharibə.
Cəld faktlar Tarix, Yeri ...
Bağla
1839-cu ildə Osmanlı imperiyası Birinci Osmanlı-Misir müharibəsidə Mehmed Əli Paşa güzəştə getdiyi torpaqları yenidən geri qaytarmaq üçün hərəkətə keçdi. Osmanlılar Suriyanı ələ keçirdi, lakin Nizip döyüşündə məğlubiyyətə uğradıqdan sonra sultanlığın yaşaması belə sual altına düşdü. İyulun 1-də Osmanlı donanması İsgəndəriyyəyə üz tutdu və Kavalalı Mehmed Əli Paşaya təslim oldu. Osmanlı imperiyasını xilas etmək üçün Britaniya imperiyası, Avstriya imperiyası və digər Avropa dövlətləri müdaxilə etməyə və Misiri sülh müqaviləsini imzalamağa məcbur etmək istədilər. 1840-cı ilin sentyabrından noyabr ayına qədər Britaniya və Avstriya gəmilərindən ibarət birləşmiş dəniz donanması Kavalalı İbrahim Paşanın Misirlə dəniz əlaqəsini kəsdi, ardınca Beyrut və Əkka ingilislər tərəfindən işğal edildi. 27 noyabr 1840-cı ildə İsgəndəriyyə Konfransı keçirildi. Britaniya admiralı Çarlz Neyper Misir hökuməti ilə razılığa gəldi. Misir Suriyaya olan iddialarından əl çəkdi və Mehmed Əli Paşa və oğullarının Misirin yeganə qanuni hökmdarları kimi tanınması müqabilində Osmanlı donanmasını geri qaytardı.[1]