İbrahim ağa Usubov
Çar Rusiyası ordusunda general-mayor, Hərbiyyə naziri yanında tapşırıq generalı / From Wikipedia, the free encyclopedia
İbrahim ağa Usubov (tam adı: İbrahim ağa Musa ağa oğlu Usubov, rus. Ибрагим-Ага Муса-Ага оглы Усубов; 6 mart 1872, Yuxarı Salahlı, Qazax qəzası – 16 iyun 1920, Bakı) — Çar Rusiyası ordusunda general-mayor, Hərbiyyə naziri yanında tapşırıq generalı. Artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuşdur. Üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenli. Mirzə Hüseyn Qayıbzadənin kürəkəni, Əliağa Şıxlinskinin bacanağı, Nigar xanım Usubovanın atasıdır. İbrahim ağa Usubov Birinci Dünya müharibəsində az şücaət göstərmir. Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlayır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurur.
İbrahim ağa Usubov | |
---|---|
İbrahim ağa Мusa ağa oğlu Usubov | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 mart 1872(1872-03-06) |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 1920(1920-06-16) (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı | |
Uşağı | Nigar Usubova |
Atası | Musa ağa Usubov |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Xidmət illəri | 1894-cü ildən |
Rütbəsi | general-mayor |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri |