İbrahim
From Wikipedia, the free encyclopedia
İbrahim [lower-alpha 1] (əslində Abram) [lower-alpha 2] Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. [3] Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı [lower-alpha 3] [4] İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. [5]
İbrahim | |
---|---|
Doğum tarixi | ən tezi e.ə. 2167 və ən geci e.ə. 1792[1] |
Vəfat tarixi | ən tezi e.ə. 2050 və ən geci e.ə. 1638[2] |
Xatirə günü | 9 oktyabr |
İbrahim Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir. İbrahim daha sonra Kantura ilə evlənir və onların daha altı oğlu olur; lakin o vəfat edib Saranın yanında basdırılanda İshaq "İbrahimin bütün malını" aldı, digər oğulları isə yalnız "hədiyyələr" aldılar. [6]
Əksər tarixçilər Çıxış və Hakimlər dövrü ilə birlikdə patriarxal dövrü müəyyən bir dövrlə əlaqəsi olmayan gec ədəbi quruluş kimi görürlər.[7] Bir əsrlik arxeoloji tədqiqatlarından sonra tarixi İbrahim üçün heç bir dəlil tapılmadı.[8]
Tövratın erkən Fars dövründə (e.ə. 6-cı əsrin sonları) Babil əsarətində Yəhudada qalan yəhudi mülkədarları ile, bu torpaqlar üzərində öz hüquqlarını "ataları" İbrahim vasitəsilə izləyənlərlə, əks iddialarını Musa və Çıxış ənənəsinə əsaslandıran geri dönən sürgünlər arasında yaranmış gərginlik nəticəsində yazıldığı qənaətinə gəlib çatıldı.[9] (Vəd edilmiş torpaq hekayəsi)