Ümumdünya sərgisi (1851)
From Wikipedia, the free encyclopedia
Bütün millətlərin sənayə işlərinin böyük sərgisi (ing. The Great Exhibition of the Works of Industry of All Nations)— 1 May — 15 oktyabr 1851-ci il tarixləri arasında Londonun Hyde Parkında təşkil edilən elm, sənaye, sənət və ticarət nailiyyətlərinin beynəlxalq sərgisidir. Sərgi sənaye inqilabı ideyalarının yayılmasında mühüm bir mərhələ oldu. Bir çox ölkənin iştirakı səbəbindən qısa müddətdə Ümumdünya sərgisi adını aldı. Bu ilk Ümumdünya sərgisində sənaye malları, müxtəlif sənətkarlıq məhsulları, maşın və mexanizmlər, son istehsal texnologiyalarının eksponatları və təsviri sənət əsərləri təqdim edildi.