Öd
From Wikipedia, the free encyclopedia
Öd (lat. fel s. bilis; yun. χολή) onurğalı heyvanlarda və insanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq hasil etdiyi sekret.
Öd yaşıl- sarımtıl rəngdə, çox acı, neytral reaksiyalı maye halda məhsuldur; xüsusi çəkisi 1010–1040 — dır; daim ifraz olunur, ancaq həzm vaxtı onikibarmaq bağırsağa tökülür. Həzm olunmayan zaman öd öd kisəsinə toplanaraq, onun divarındakı vəzilərdən ifraz olunan seliklə qarışır. qaraciyərdən gələn öd duru və açıq olur, öd kisəsində olan öd isə tünd, qatı və selikli olur. Öddə bəzən yağ damcıları, öd yollarından qırılmış silindirəbənzər hüceyrələr, öd boyağı dənələri və xolesterin kristalları olur.
Əlavə məlumat Göstəricilər, Qaraciyər ödü ...
Göstəricilər | Qaraciyər ödü | Öd kisəsi ödü |
---|---|---|
Turşuluğu, рН | 7,3–8,2 | 6,5–6,8 |
Xalis çəkisi | 1,01–1,02 | 1,02–1,048 |
Quru çəkisi, q/l | 26,0 | 133,5 |
Su, % | 95–97 | 80–86 |
Bağla
Əlavə məlumat Üzvi maddələr, Qaraciyər ödü mmol/l ...
Üzvi maddələr | Qaraciyər ödü mmol/l | Öd kisəsi ödü mmol/l |
---|---|---|
Öd turşuları | 35,0 | 310,0 |
Öd piqmentləri | 0,8–1,0 | 3,1–3,2 |
Xolesterin | ~3,0 | 25,0–26,0 |
Fosfolipidlər | 1,0 | 8,0 |
Bağla
Əlavə məlumat İonlar, Qaraciyər ödü mmol/l ...
İonlar | Qaraciyər ödü mmol/l | Öd kisəsi ödü mmol/l |
---|---|---|
Natrium (Na+) | 165,0 | 280,0 |
Kalium (K+) | 5,0 | 15,0 |
Kalsium (Ca2+) | 2,4–2,5 | 11,0–12,0 |
Xlor (Cl−) | ~90 | 14,5–15,0 |
Bikarbonat (НСО3−) | 45–46 | ~8 |
Bağla