Çingiz Mustafayev
Azərbaycanın Milli Qəhrəmanı, jurnalist / From Wikipedia, the free encyclopedia
Çingiz Fuad oğlu Mustafayev (29 avqust 1960 – 15 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.
Çingiz Mustafayev | |
---|---|
Doğum tarixi | 29 avqust 1960(1960-08-29) |
Vəfat tarixi | 15 iyun 1992(1992-06-15) (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Atası | Fuad Mustafayev |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, hərbi müxbir[d], dicey |
Mükafatları | 1992 |
Vikianbarda əlaqəli mediafayllar |
Çingiz Mustafayevin əsasını qoyduğu "215 kl" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.
Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.