Çeçenistan iqtisadiyyatı
From Wikipedia, the free encyclopedia
Çeçenistan iqtisadiyyatı — ümumi regional məhsula görə Rusiya Federasiyasının təsis qurumları arasında 70-ci iqtisadiyyatdır (2016). 2010-cu ildə Çeçenistanın ümumi regional məhsulunun həcmi 69 milyard rubl təşkil edirdi. Adambaşına düşən ümumi regional məhsula görə Rusiya Federasiyasının təsis qurumları arasında 85-dən 84-cü iqtisadiyyatdır (2016). 2010-cu ildə Çeçenistanda adambaşına düşən ümumi regional məhsulunun həcmi 54 min rubl təşkil etmişdir. Çeçenistan iqtisadiyyatı Rusiya ortalamasından təxminən 5 dəfə zəifdir. Sənayenin zəif inkişafı və bölgədəki yüksək doğum nisbətləri səbəbiylə işsizlik son dərəcə yüksəkdir.
Çeçenistan çox yüksək investisiya potensialına malikdir, lakin iqtisadi təhsilin və elmin inkişaf səviyyəsinin aşağı olması iqtisadi artım tempini ləngidir. Maliyyə sistemi həddindən artıq subsidiyalaşdırılıb.
Respublikanın öz gəlirləri çox aşağıdır, demək olar ki, bütün respublika büdcəsi Rusiya tərəfindən formalaşdırılır.